Prezident müsəlmanları qoruyacağına söz verdi

prezident-muselmanlari-qoruyacagina-soz-verdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, myanmalılara nifrətə və qəzəbə qarşı çıxmağa çağıran prezident, bəzi insanların ifadə azadlığı adı altında radikal çağırışlar etdiyini və dini ədavət toxumları səpdiyini bildirib.

Thein Sein eyni zamanda, hökumətin tapşırığı ilə təsis edilən və Arakan əyalətində müsəlmanlara qarşı törədilmiş cinayətləri araşdıran komissiyanın hesabatına da ciddi yanaşacaqlarını bildirib.

Xatırladaq ki, ötən il Myanmada müsəlmanlara qarşı başlanan qətliam əməliyyatları zamanı 200-ə qədər müsəlman həyatını itirib. Bu ilin martında da oxşar hadisələr zamanı 43 nəfər həlak olub, onlarla məscidə, minlərlə evə od vurulub.