Prezident Naxçıvana getdi

prezident-naxcivana-getdi
Oxunma sayı: 5408

Prezident İlham Əliyev mayın 16-da Naxçıvana səfərə gedib.

"Qafqazinfo" xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

***

İlham Əliyev “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

***

İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

***

Ali Baş Komandan Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.