Prezident nazirə iki müavin təyin etdi

prezident-nazire-iki-muavin-teyin-etdi
Oxunma sayı: 4384


Prezident İlham Əliyev  Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova iki müavin təyin olunması ilə sərəncam imzalayıb.

 “Qafqazinfo” xəbər verir ki,  sərəncəmla İltimas Məmmədov nazirin birinci müavini, Elmir Vəlizadə isə müavin təyin olunub. 

Eyni zamanda akademik Adil Qəribov nazirliyin nəzdindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin olunub.

Qeyd edək ki, hazırda nazirlikdə struktur yenilənməsi həyata keçirilir. Nazirin birinci müavini postuna təyinat ilk dəfə həyata keçirilir.