Prezident nazirlə görüşdü

prezident-nazirle-gorusdu
Oxunma sayı: 627


Müdafiə naziri Əhməd Vəhidi İran Prezidentinin salamlarını dövlət başçısına çatdırdı, Mahmud Əhmədinejadın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirildi.

Prezidenti İlham Əliyev İran Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.