Prezident nazirləri Komissiyaya üzv təyin etdi - Siyahı

prezident-nazirleri-komissiyaya-uzv-teyin-etdi
Oxunma sayı: 4278

Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

“Qafqazinfo”nun məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Komissiyanın sədri

Novruz Məmmədov – Baş nazir

Komissiyanın üzvləri

Əli Əhmədov – Baş nazirin müavini

Akif Əlizadə – Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Mədəniyyət naziri

Oqtay Şirəliyev – Səhiyyə naziri

Ceyhun Bayramov – Təhsil naziri

Samir Nuriyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev – Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli – Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev – Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov – Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov – Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi – Milli Konservatoriyanın rektoru

Çingiz Abdullayev – Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev – xalq rəssamı

Arif Məlikov – xalq artisti

Şəfiqə Məmmədova – Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə – Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Məhərrəm Qasımlı – Aşıqlar Birliyinin sədri.