Prezident Nizami Cəfərovla bağlı sərəncam verdi

prezident-nizami-ceferovla-bagli-serencam-verdi
Oxunma sayı: 5317

Azərbaycan Prezidenti İlham Əliyev N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, N. Cəfərov Milli Məclisinin deputatı, Azərbaycandakı Atatürk Mərkəzinin direktorudur.