Prezident öldü

prezident-oldu
Oxunma sayı: 646

Qeyd edək ki, martın 5-də ilk öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib. Bu barədə RİA Novosti xəbər yayıb.

Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.