Prezident ona general-mayor rütbəsi verdi

prezident-ona-general-mayor-rutbesi-verdi
Oxunma sayı: 10793

Prezident İlham Əliyev Xanbala Orucovla bağlı sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:

Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsi verilsin.

Qeyd edək ki, X. Orucov Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur. Prezident 2013-cü ildə onu “İgidliyə görə” medalı ilə təltif etmişdi.