Prezident ona “Şöhrət” ordeni verdi

prezident-ona-sohret-ordeni-verdi
Oxunma sayı: 1027

Prezident İlham Əliyev Süleyman Abbas oğlu İsmayılovu “Şöhrət” ordeni ilə təltif edib.

“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı S.İsmayılovu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırıb. 

Qeyd edək ki, Süleyman İsmayılov Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviridir.