Prezident onlara general-mayor rütbəsi verdi

prezident-onlara-general-mayor-rutbesi-verdi
Oxunma sayı: 7675

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, FHN Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.