Prezident ordudakı cinsi zorakılıqdan danışdı

prezident-ordudaki-cinsi-zorakiliqdan-danisdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Obama Ağ Evdə keçirdiyi iclasda Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə bu məsələ ilə bağlı xəbərdarlıq etdiyini bildirib.

“Bu, nəinki cinayət, eyib, şərəfsizlikdir, həm də ordunu passiv edən haldır. Bu, bizim milli təhlükəsizliyimiz üçün təhlükə yaradır.

Belə məsələlər ikinci dərəcəli ola bilməz və “Biz kimik?”, “Biz nevə effektiv fəaliyyət göstərə bilərik?” suallarını doğurur”, - Obama çıxışında bildirib.

Qeyd edək ki, Pentaqonun ötən həftə yaydığı hesabatda orduda cinsi təcavüz hallarının 2009-cu illə müqayisədə 2012-ci ildə 4 faiz artdığı bildirilir.