Prezident parkda - Fotolar

prezident-parkda-fotolar
Oxunma sayı: 640

Prezident İlham Əliyev bu gün Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, iki hektar ərazisi olan parkda hovuz inşa edilib. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılıb. Bu sistemə istənilən proqramı yükləmək mümkündür. Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir və gecə saatlarında bu istirahət guşəsinə xüsusi gözəllik verir. Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilib, yaşıllıq zolağı salınıb, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb. Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənib.

Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.