Prezident Patruşevi qəbul etdi

Prezident Patruşevi qəbul etdi
Oxunma sayı: 602

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əmədaşlığın mövcud olduğunu deyən İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. 

N. Patruşev Rusiya Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını prezidentə çatdırıb.

O, təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq deyib: “Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konskruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi