“Prezident pis şey məsləhət görməz”

prezident-pis-sey-meslehet-gormez
Oxunma sayı: 673

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, 12 il Respublika Hərbi Komissarlığına rəhbərlik etmiş Əliağa Hüseynov “Media forum” saytına açıqlamasında belə deyib.

Deputat deyib ki, yeni qurumun yaradılmasını dəstəkləyir: “Prezident belə məsləhət görüb və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıb. Cənab prezident pis şey məsləhət görməz. Çünki işin ən yaxşısını prezident, ali baş komandan bilir.

Ordu bundan sonra torpaqlarımızın işğaldan azad olunması və müdafiəsi ilə məşğul olacaq. Yeni yaradılan qurum isə ordunu, bütün qoşun növlərini şəxsi heyətlə təmin edəcək. Yeni qurum səfərbərlik və hərbi xidmətə çağırış sahəsini NATO standartlarına uyğunlaşdırıb”.


Prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman verib. Fərmanla Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilir və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılır.