Prezident Piter Kosqrova təbrik məktubu göndərdi

prezident-piter-kosqrova-tebrik-mektubu-gonderdi
Oxunma sayı: 748

Prezident İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrova təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı- Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi yolunda atdığımız addımlar bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”