Prezident plagiatlıqda ittiham olunur

prezident-plagiatliqda-ittiham-olunur
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Qazaxıstanın Azadlıq radiosu prezidentin türkmən dilində ifa etdiyi sözləri və musiqisi özünə aid mahnının bundan daha əvvəl yazılmış digər bir mahnı ilə oxşar olduğunu yazıb. Saytda əlli dörd yaşını qeyd edən Qurbanqulu Berdimuhammedovun və gənc müğənni Douleta Amanlıkovanın klipi yerləşdirilib. Sözləri və musiqisində oxşarlıq olan hər iki mahnıya “Ya prezident aldadıb, ya da aldanıb” sualı ilə münasibət bildirilib.

Səidə