Prezident poliklinikanın açılışında - Fotolar

prezident-poliklinikanin-acilisinda-fotolar
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar verib. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olub.

Dövlət başçısı Ələt qəsəbəsində olarkən sakinlər poliklinikanın yenidən qurulması barədə xahiş edib. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı Sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinə altı milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün bir milyon manat vəsait ayrılıb.

Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.
Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verilib ki, poliklinikanın 1970-ci illərdə inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.