Əliyevin Polşaya səfəri başa çatdı - Yenilənib

eliyevin-polsaya-seferi-basa-catdi
Oxunma sayı: 940

Azərbaycan prezidenti İlham Əliyev Varşavada bir sıra görüşlər keçirib.

"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı iyunun 28-də Polşanın Baş naziri xanım Beata Şidlo ilə görüşüb.Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğulayıb.

İlham Əliyev ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri başa çatıb.