Prezident postunda sonuncu yubiley - 45

prezident-postunda-sonuncu-yubiley-45
Oxunma sayı: 676

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili bu gün prezidentlik postundakı son doğum gününü qeyd edir. Onun 45 yaşı (21 dekabr 1967-c i il) tamam olur.

2013-cü ilin oktyabr ayında keçiriləcək seçkilərdə o, iştirak edə bilməyəcək. Gürcüstan Konstitusiyasına görə prezidentlik postuna iki dəfədən artıq seçilmək olmaz. Lakin Saakaşvili bu yaxınlarda bəyan edib ki, onun siyasəti buraxmaq fikri yoxdur: “Vahid Milli Hərəkat” partiyası siyasət aləmindən yox olmayacaq. Əksinə, aktiv siyasi fəaliyyət göstərəcək”.

Xatırladaq ki, oktyabrın 1-də keçirilən seçkilərdə prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyası parlamentdə 65 deputat yeri qazanıb. Ölkədə yeni hökumət quran baş nazir Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyası parlamentdə səs çoxluğu qazanıb.