Prezident qalmaqallı abidəni ziyarət etdi - Fotolar

prezident-qalmaqalli-abideni-ziyaret-etdi
Oxunma sayı: 750

Xəbər verdiyimiz ki, bu gün prezident İlham Əliyev “Sovetski” ərazisində Statistika dairəsi, Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq büstü müvəqqəti olaraq götürülən tanınmış şair Mikayıl Müşfiqin abidəsini də ziyarət edib, şairin abidəsi önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, bir neçə ay öncə büstün ərazidən götürülməsi narazılıqlara səbəb olmuşdu. 

Dövlət başçısı Mikayıl Müşfiqin abidəsinin götürülməsindən ciddi narahat olmuş və məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi. Müşfiqin abidəsinə qarşı hörmətsizlik edənlər cəzalandırılmışdı.