Prezident qalmaqallı öpüşü haqda - “Məni qısqanırlar...”

prezident-qalmaqalli-opusu-haqda
Oxunma sayı: 2272

Canlı efirdə evli qadını dodağından öpərək qalmaqala imza atan Filippin prezidenti Rodriqo Duterte ilk dəfə olaraq məsələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyadan qayıdan dövlət başçısı bildirib ki, əgər bütün qadınlar ona qarşı petisiya imzalayarsa, istefaya gedəcək.

Dutertenin sözlərinə görə, qadınları öpmək Davao şəhərinin meri olduğu dövrdən bəri onun stilində olub və heç bir pis niyyət daşımayıb. Tənqidlə çıxış edənlər isə onu qısqanırlar: “Öpdüyüm şəxs şikayət etmir, ancaq başqaları etiraz edirlər. Pis niyyətli olsam bunu ictimai yerdə etmərəm. Onu öpərkən oradakı hər kəs əylənirdi. Bu, mənim stilimdir. Öz üslubunuzu tapın. Adi öpüşdə pis heç nə yoxdur. Onlar sadəcə qısqanırlar”.