Prezident Qətər əmirini təbrik etdi

prezident-qeter-emirini-tebrik-etdi
Oxunma sayı: 955

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.