Prezident Qırğızıstanda - Fotolar

prezident-qirgizistanda
Oxunma sayı: 5950

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşılayıblar.