Prezident "Xəzər"dəki ən ağır qurğuda - - Fotolar

prezident-quotxezerquotdeki-en-agir-qurguda-
Oxunma sayı: 2078


"Qafqazinfo" xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, platformanın təməli 2010-cu ildə qoyulub. "Qərbi Çıraq" dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli "Bos Shelf" şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilib. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.

Prezident İlham Əliyev qurğuda çalışan işçilərlə görüşdü və görülən işlərdən razılığını bildirdi.

Sonda xatirə şəkli çəkdirilib.