Prezident Qusara getdi

prezident-qusara-getdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı rayonda "Urva-1" kiçik su elektrik stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyev stansiyanı işə salıb.
Sonra dövlətimizin başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Qusarda "Zirvə" və "Qaya" hotellərinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hotellərin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotellərdə yaradılmış şəraitlə tanış olublar.
Səfər çərçivəsində Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.