Prezident Ramil Usubova orden təqdim etdi - Foto

prezident-ramil-usubova-orden-teqdim-etdi
Oxunma sayı: 7903

Xəbər verdiyimiz kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycanda ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 19-da prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli “Vətənə xidmətə görə” ​ ordenini Ramil Usubova təqdim edib.