Prezident Ramiz Mehdiyevi Şuraya üzv təyin etdi

prezident-ramiz-mehdiyevi-suraya-uzv-teyin-etdi
Oxunma sayı: 6060

Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən aşağıdakı şəxslər Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. 

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.