Prezident rayonlara pul ayırdı

prezident-rayonlara-pul-ayirdi
Oxunma sayı: 661

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, Sərəncamda Qobustan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat, Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılması nəzərdə tutulur.