Prezident rektorlarla bağlı fərman verdi

prezident-rektorlarla-bagli-ferman-verdi
Oxunma sayı: 6097

Azərbaycanda ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. 
 
"Qafqazinfo" xəbər verir ki, bu, prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. 
 
Bu müddəa fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.