Prezident seçkiləri başladı

prezident-seckileri-basladi
Oxunma sayı: 667

Trend xəbər verir ki, səsvermə Qırğızıstanda yerli vaxtla saat 8:00-da başlayıb. Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparır.
Qırğızıstanda bazar günü prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Trend xəbər verir ki, səsvermə Qırğızıstanda yerli vaxtla saat 8:00-da başlayıb. Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparır.

Qırğızıstanın yeni qəbul olunmuş Konstitusiyasına görə, ölkədə prezident altı ilə seçilir, bir şəxs yalnız bir dəfə dövlət başçısı seçilə bilər.

Rəsmi məlumatlara görə, prezident seçkiləri zamanı Qırğızıstanda 2 289, dünyanın 23 ölkəsində isə 29 seçki məntəqəsində səsvermə həyata keçiriləcək.

Ölkədə 3 milyondan çox seçici qeydiyyatdan keçib.

Seçkiləri 56 ölkədən 792 beynəlxalq müşahidəçi izləyir.