Prezident “shopping festival”ına 1 milyon ayırdı

Prezident “shopping festival”ına 1 milyon ayırdı
Oxunma sayı: 2152

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının (“shopping festival”) təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi