Prezident Sinqapurun yeni liderini təbrik etdi

prezident-sinqapurun-yeni-liderini-tebrik-etdi
Oxunma sayı: 956

Azərbaycan prezidenti İlham Əliyev Həlimə Yaqubu Sinqapur prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.