Prezident Sumqayıtla bağlı sərəncam verdi

prezident-sumqayitla-bagli-serencam-verdi
Oxunma sayı: 3929

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, bu məqsədlə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.