Prezident tanınmış aktyora orden verdi

prezident-taninmis-aktyora-orden-verdi
Oxunma sayı: 3429

Prezident İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aktyor Hacı Murad Yagizarov 1957-58-ci illərdə "Azərbaycanfilm"in istehsalı olan "Ögey ana" filmində çəkilib. Ötən əsrin 60-70-ci illərdə "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla" və digər tamaşalardakı rol alıb. O, "Valentin və Valentina"da Qusev, "İvanov"da doktor Lvov, "Qumluqdakı ev"də Eldar, "Aydın"da Dövlət bəy, 80-ci illərdə ilk dəfə rus dilində "Şeyx Sənan"da Şeyx Sənan, "Arzu tramvayı"nda Stenli Kovalski obrazlarını canlandırıb.