Prezident tankla özünü müdafiə edir

prezident-tankla-ozunu-mudafie-edir
Oxunma sayı: 645

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hazırda sarayın qarşısında təxminən dörd tank və üç zirehli avtomobil var. Onlara, əsas vəzifləri prezidentin mühafizə etmək olan Respublika qvardiyasının əsgərləri nəzarət edir.

Reutersin məlumatına görə, Mürsinin yüzə yaxın tərəfdarı sarayın qarşısındadır.

Xatırladaq ki, bu gün axşam baş verən toqquşmalarda 3 nəfər ölmüş, 300-dən çox insan isə yaralanmışdı.