Prezident tunisli həmkarını təbrik etdi

prezident-tunisli-hemkarini-tebrik-etdi
Oxunma sayı: 649

Prezident İlham Əliyev Tunis lideri Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram”.