Prezident üç hərbçiyə general rütbəsi verdi

prezident-uc-herbciye-general-rutbesi-verdi
Oxunma sayı: 8206

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən aşağıdakı hərbi qulluqçulara ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə