“Neftin qiyməti bizi yolumuzdan döndərmədi” - İlham Əliyev

“Neftin qiyməti bizi yolumuzdan döndərmədi”
Oxunma sayı: 1995

Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyir.

***

İ. Əliyev çıxışında bildirib ki, 2012-ci ildə Türkiyədə TANAPlayihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. APA-nın yazdığına görə, dövlət başçısı bildirib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: “Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq”.

  
Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.
 
ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi