Prezident və xanımı təntənəli açılış mərasimində

prezident-ve-xanimi-tenteneli-acilis-merasiminde
Oxunma sayı: 5061

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edilib.

Açılış mərasimində Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe söz alıb..

Daha sonra tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Ardınca hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnılarını səsləndirib.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.