Prezident vitse-prezidentlə görüşdü

prezident-vitse-prezidentle-gorusdu
Oxunma sayı: 630

Görüşdə Yoiçi Kobayaşi ölkəmizə bundan əvvəlki səfərini xatırlayaraq ötən dövr ərzində paytaxtda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eyni zamanda, görüşdə Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti yüksək qiymətləndirildi, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindəki fəaliyyətinin önəmi qeyd edildi, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.