Prezident xəstəxanada növbə gözlədi – - Foto

prezident-xestexanada-novbe-gozledi-
Oxunma sayı: 3297


“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, prezident xəstələndiyini heç kimə xəbər vermədən adi vətəndaş kimi xəstəxanada növbə gözləyib. Özəl xəstəxanaya getmək əvəzinə dövlət xəstəxanasına üz tutan Muxika şəklinin çəkilməyindən xəbərdar olmayıb. Onun bu fotosu sosial şəbəkələrdə ən çox paylaşılan foto olub və eləcə də geniş müzakirəyə səbəb olub. 

Uruqvaylılar prezidentləri ilə fəxr etdiklərini bildiriblər: "Bəzi prezidentlər özəl xəstəxanalar açmaqla reklam olunmaq istəyirlər. Bizim prezidentimiz isə heç kimə xəbər vermədən xəstəxanaya gedir”.

Qeyd edək ki, X. Muxika dünyanın ən kasıb prezidentidir. 79 yaşlı prezidentin səlahiyyət müddəti bu il bitir.