Prezident xəstəxananın təmirinə 5 milyon ayırdı

prezident-xestexananin-temirine-5-milyon-ayirdi
Oxunma sayı: 2410

Azərbaycan Prezidenti İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam verib. 

“Qafqaqzinfo” xəbər verir ki, bu məqsədlə Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.