Prezident Xırdalanda binaların təmirinə 3 milyon ayırdı

prezident-xirdalanda-binalarin-temirine-3-milyon-ayirdi
Oxunma sayı: 1160

Prezident İlham Əliyev noyabrın 16-da “Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.