Prezident “Yanardağ”da ciddi tapşırıqlar verdi - Fotolar

Prezident “Yanardağ”da ciddi tapşırıqlar verdi
Oxunma sayı: 6498

Bu gün prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
 
“Qafqazinfo”nun məlumatına görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib.
 
Prezident qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi