Prezident yarımstansiya və Bayraq Muzeyinin açılışında

prezident-yarimstansiya-ve-bayraq-muzeyinin-acilisinda
Oxunma sayı: 1911

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki,  xəbər verir ki,  prezident İlham Əliyev açılışda iştirak edib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verib. Bildirilib ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. 

Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcək. Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan bu il yanvarın 1-dək ona yığılan 740 milyon kubmetr su hesabına Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarının 43 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, Şəmkir, Goranboy və Göygöl rayonlarının 4940 hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılacaq sahələri suvarma suyu ilə təmin edilib.

Bundan başqa, dövlət başçısı Goranboyda Bayraq Muzeyinin və hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.