Prezident yeni salınan parkda

Prezident yeni salınan parkda
Oxunma sayı: 2732

Oktyabrın 28-də Bakının Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, bu ilin may ayından 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz 1,7 hektarlıq ərazidə yeni idman və istirahət parkının salınmasına başlanıb və artıq işlər başa çatdırılıb.

Parkda 900 kvadratmetr sahədə iki basketbol, habelə həndbol və mini futbol meydançaları qurulub.

Bundan əlavə, açıq havada məşq etmək üçün müxtəlif idman trenajorları qoyulub. Ekstremal idman növlərinə həvəs göstərən uşaq və yeniyetmələrin marağı da nəzərə alınıb. Onlar üçün 450 kvadratmetr sahədə ikihissəli - həm böyüklər, həm də balacalar üçün skeytbordinq meydançası düzəldilib. Parkın digər hissəsində stolüstü tennis, uşaq əyləncə qurğuları, yelləncəklər quraşdırılıb. İdman və istirahət parkı xüsusi işıqlandırma sistemi ilə təchiz edilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi