Prezident yeni salınan yolun açılışında iştirak edib - Fotolar

prezident-yeni-salinan-yolun-acilisinda-istirak-edib
Oxunma sayı: 839

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.

“Qafqazinfo” istinadən xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.

İ.Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.