Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - Yenilənib+Foto

prezident-yeni-sefirlerin-etimadnamesini-qebul-etdi
Oxunma sayı: 1491

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bundan başqa, Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini də qəbul edib.

***

Prezident eyni zamanda Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min və Almaniya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.