Prezident yeni yolun tikintisinə 4,6 milyon ayırdı

prezident-yeni-yolun-tikintisine-46-milyon-ayirdi
Oxunma sayı: 1389

Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, qırx üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Güzdək avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.