Prezident yol tikintisinə 11,6 milyon ayırdı

prezident-yol-tikintisine-116-milyon-ayirdi
Oxunma sayı: 5476

Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 11,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.